Səad Həriri Livan PREZİDENTİ İLƏ DANIŞDI – QAYIDIR

Livan mətbuatı, istefa verən Livanın baş naziri Həririnin çərşənbə günü Beyrutda olacağını bildirib.
 
 Livan mətbuatı, Səad Həririnin Livanın prezidenti Misella Ovunla telefonla danışdığını və onun çərşənbə günü Beyrutda olacağını bildirib.
 
Qeyd edək ki, Həriri, qurduğu hökumətin təsdiq olunmasından 1 il keçməmiş 4 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda istefa verdiyini açıqlamışdı.
İstefa çıxışında, Hizbullah və İranın bölgədə stabilliyi pozduğunu bildirən Həriri, özünə qarşı sui-qəsd təhlükəsinin varlığını da qeyd etmişdi.
Müxalifət.az