​Saçkodan "Qarabağ" açıqlaması: Bizim üçün çətin olacaq

Baxış sayı:
3364

“Qarabağ” təcrübəli komandadır. Bizim üçün çox çətin qarşılaşma olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib.
O deyib: “Qrupda sürpriz komandayıq. Qalib gəlməyə çalışacağıq. Bu qrupda favorit biz deyilik. Liderlər “Arsenal” və “Sportinq”dir”.
Qeyd edək ki, “Qarabağ”ın “Vorskla” oyunu oktyabrın 25-də, cavab oyunu isə noyabrın 8-də keçiriləcək.