​Sabunçu Rayon İcra Hakimiyyəti qarşısında QADINI MAŞIN VURDU

Yaralı xəstəxanaya yerləşdirilib
Bakının Sabunçu rayonu ərazisində orta yaşlı qadını minik avtomobili vurub.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə 1968-ci il təvəllüdlü Bayramova Səadət İlham qızı Bakıxanov qəsəbəsində, Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında yolu keçmək istəyən zaman baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.