​Şabranın yeni icra başçısı kimdir? - DOSYE

Baxış sayı:
11171

Prezident İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. Muxalifet.az Qaynarinfo-a istinadən xəbər verir ki, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞ-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsi olub. A.Hüseynov 2015-ci ildən bu günə qədər Siyəzənin icra başçısı idi. İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.