Şabranda iki maşın toqquşdu - Xəsarət alanlar var

Baxış sayı:
14110

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

muxalifet.az xəbər verir ki, hadisə rayonun Şahnazərli kəndi ərazisində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü, Quba rayon sakini, Arif Mayıl oğlu Nemətov, Sumqayıt şəhər sakinləri – 1985-ci il təvəllüdlü Namiq Mahmud oğlu İbrahimov və onun arvadı, 1983-cü il təvəllüdlü Minarə Əmirəhməd qızı İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan hər 3 şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.