Şabran rayonunda kanalizasiya borusu partladı, qəsəbəni üfunət bürüdü – ŞOK VİDEO
18-08-2019 17:21
Baxış sayı:
5361
Şabran rayonunda kanalizasiya sistemi partlayıb, böyük ərazi tullantılar altında qalıb.
“Yeni Sabah” xəbər verir ki, Şabran rayonun ümumi kanalizasiya xəttinin V.Abdullayev adına qəsəbəsində zədələnərək partlaması səbəbindən 3 ha ərazi tullantıların altında qalıb.
Həmin ərazini üfunət iyi bürüyüb. Ətrafda olan ev heyvanları da bu sudan içir.
Qeyd edək ki, tullantılardan yaranmış gölün suyu yaxınlıqdan keçən su kanalına tökülərək, Xəzər dənizinə axır.
Bu barədə, RAMKO podratçı şirkətin əməkdaşı, iş icraçısı Xanlar Abdullayev bildirib ki, artıq nöqsan aradan qaldırmaq üzrədir. Lakin sakinlər bunun əksi olduğunu deyirlər. Sakinlər, epidemioloji-gigiyenik qaydaların pozularaq, müxtəlif xəstəliklərin yaranmasından narahatdırlar.