Sabirabadda yol qəzası baş verib, XƏSARƏT ALANLAR VAR

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Zəngənə kəndində qeydə alınıb.
Belə ki,”Jiquli” markalı avtomobilin yolda gedən inəyi vurması nəticəsində Zəngənə kənd sakinləri - 32 yaşlı Bəylər Əlrəhman oğlu Babayev, 26 yaşlı Turarxan Beyniş oğlu Əsədov və 22 yaşlı Mərhəməd Dəyanət oğlu Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.