​Sabirabadda su qurğularını oğurlayan şəxslər saxlanıldı

Baxış sayı:
5251

Sabirabadda suvuran qurğuları oğurlayan şəxslər tutulub.
DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək ona məxsus 1 ədəd su qurğusunun oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu, Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.
Belə ki, onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus, ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib. Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.