Sabirabadda ölümlə nəticələnən qəza – SÜRÜCÜ ÖLDÜ...

Sabirabadda baş verən ağır yol qəzası nəticəsində sürücü və iki qardaş ağır bədən xəsarətləri alıb.
Hadisə 00.20 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində baş verib. Sabirabad sakini, 1978-ci il təvəllüdlü Hüseynov Kərim Süleyman oğlunun idarə etdiyi “Fiat” markalı 10 TG 780 dövlət nömrə nişanlı şirkət avtomobili böyük sürətlə yoldan çıxaraq hasara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər, rayonun Həşimxanlı kənd sakinləri-1985-ci il təvəllüdlü Əsədov Röyal Akif oğlu və qardaşı 1982-ci il təvəllüdlü Əsədov Xəyal Akif oğlu ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə,1978-ci il təvəllüdlü Hüseynov Kərim Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.