Sabirabadda naməlum kişi meyiti tapılıb

Sabirabad rayonundakı su kanalından kişi meyiti tapılıb.
 
Rayonun Qalağayın kəndi ərazisindən keçən Sabir kanalında naməlum kişi meyiti aşkar edilib. Meyidin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.