Sabirabadda manyak peyda olub - FOTO

Baxış sayı:
5491

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.
Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22-23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.
Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.
Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.