Sabirabadda faciə: əkizlər dünyasını dəyişdi

Baxış sayı:
11779

Sabirabadda doğuşdan sonra əkiz uşaqlar ölüb.
Muxalifet.az xəbər verir ki, İmişli rayon Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı ağırlaşmalarla Sabirabad Pernatal Mərkəzə daxil olub. Qeysəriyə əməliyyatı ilə əkiz uşaqlar götürülüb. 31-32 həftəlik körpələr küveysə yerləşdirlib. 3 gün sonra isə körpələr ölüblər. Preeklampsiya diaqnozu və qan təzyiqinin qalxması və sidikdə zülalın artması ilə müşayiət olunan vəziyyətdə qeysəriyə əməliyyatı aparılaraq ananın həyatı xilas edilib.
Faktla bağlı araşdırma aparılır.