Sabirabadda ağır qəza: Azyaşlı uşaq öldü...

Baxış sayı:
3820

Sabirabad rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə Qaratoğay kəndi ərazisində qeydə alınıb. “Mersedes” markalı avtomobilin aşması nəticəsində sürücünün maşında olan iki yaşlı nəvəsi hadisə yerində ölüb. Sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.