Sabirabadda 380 nəfəri kişi, 300 nəfər qadın BU İŞ ÜÇÜN BİRLƏŞDİ

Baxış sayı:
8401

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı və Strateji Yol Xəritəsinə uyğun olaraq Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Sabirabad rayonu birlik istehsal kooperativi” yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına ümumilikdə 1100 ha torpaq sahəsi verilib.

Kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adam başına 1.25 hektar torpaq sahəsi düşür.

Aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir.