Sabiq prokurorluq işçisi məhkəmədə DSMF-yə qalib gəldi

Baxış sayı:
2862

Sumqayt Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Siyəzən rayon Şöbəsinin müdiri Kamilə Yusifovanının sabiq prokuroluq işçisi Vahid Əkbərovun iddiasına əsasən çıxarılan qərardan verdiyi şikayətə baxılıb.
 
“Report” xəbər verir ki, hakim Gülnarə Tağızadənin sədrlik etdiyi iclasda apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, sabiq prokurorluq işçisi Vahid Əkbərov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsinə qarşı iddia qaldırıb.
 
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 15 fevral 2019-cu ildə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı iddianı təmin edib.
 
Qərarda prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən (04 yanvar 2009-cu il tarixdən) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin məbləğin yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, V.Əkbərov prokurorluq orqanlnda müxtəlif vəzifələrdə çalışıb.