​Sabiq prezident 9,5 il həbs cəzasına məhkum edildi

Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanı 9,5 il həbs cəzasına məhkum edib. Bu barədə “Globo” telekanalı xəbər verib.
Sabiq prezident korrupsiya və çirkli pulların yuyulmasında günahkar bilinib.
Qeyd edək ki, Luis İnasiu Lula da Silva 2003-2011-ci illərdə Braziliyanın prezidenti olub.