Sabiq nazirin boşanma xəbəri gündəm oldu - XƏYANƏT

Baxış sayı:
409

Böyük Britaniyanın sabiq xarici işlər naziri 25 illik həyat yoldaşından ayrılması ilə gündəm olub.

Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sabiq nazir Boris Conson 25 illik nikahdan sonra həyat yoldaşı ilə ayrılıb. Ayrılmalarına səbəb isə deyilənə görə onun arvadına xəyanət etməsi olub.

Gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün ayrıldığı həyat yoldaşı ilə mətbuat konfransı keçirən sabiq nazir, bu qərarı birlikdə qəbul etdiklərini bildiriblər.

Cütlüyün dörd övladından biri 25 yaşlı qızı Lara anasına xəyanət etdiyi üçün atasını eqoist alçaq adlandırıb. Laranın sözlərinə görə, onlar qarşılıqlı anlaşaraq ayrılmayıblar, anası atasını tərk edib.

Xatırladaq ki, daha əvvəl də mediada cütlüyün xəyanət səbəbindən ayrıldığına dair materiallar yayılmışdı. Sabiq nazir Boris Consonun adı 2004-cü ildə yazıçı Petronella Uayt, 2009-cu ildə isə art məsləhətçi Helen Makintayer ilə birlikdə hallanmışdı. Nazir 2018-ci il iyulun 9-da ərizə yazaraq Britaniyanın xarici işlər naziri vəzifəsindən istefa verib.