Sabiq nazir şirkəti satışa çıxarır? – 12 MİLYON AVRO

Baxış sayı:
3034

Garant İnşaat Sənaye MMC-nin təsis etdiyi “Azbentonit” zavodu satışa çıxarılıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, MMC-nin satılması üçün xarici şirkətlərlə danışıqlar aparılır. Şirkətin ilkin qiyməti 12 milyon avrodur. 
Məsələ barədə məlumatı dəqiqləşdirmək üçün Garant İnşaat Sənaye MMC ilə əlaqə saxladıq.
Şirkətin marketinq şöbəsinin əməkdaşı Nurlan Zeynalov məlumatın doğru olmadığını dedi: “Şirkətin satılması barədə məlumat həqiqəti əks etdirmir. Bizdə bu barədə heç bir məlumat yoxdur. İşləyən müəssisəni niyə sataq?” 
Qeyd edək ki, Garant İnşaat Sənaye MMC-nin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir.