Sabiq nazir müavini və keçmiş xidmət rəisi həbs edildi - YENİLƏNİB

Baxış sayı:
1985

Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə)  maddələri ilə ittiham irəli sürülüb.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***19:05

Mədəniyyət nazirinin bu gün vəzifədən azad edilən və DTX tərəfindən saxlanılanlar müavini Rafiq Abbasov və nazirliyin İdarə rəisi Zakir Sultanov məhkəməyə aparılıb.

DTX-nın istintaq orqanının onlar barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.

Onlarla bağlı qərarı Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev verəcək.

Bildirək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad edilib.