Sabiq institut prorektoru HƏBS OLUNDU

Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.
 
Abşeron rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1952-ci il təvəllüdlü Rahim Zaman oğlu Əzizov Nəsimi rayonu ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R. Əzizov Azərbaycan Müəllimlər İnstitutunun sabiq prorektoru olub.