Sabiq deputatın qohumlarının torpaq davası: 6 ölü, 9 yaralı - TÜRKİYƏDƏ SİLAHLI İNSİDENT

Baxış sayı:
2548

Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunun Çəltik məhəlləsində silahlı insident zamanı dörd nəfər öldürülüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisəyə ərazi münaqişəsi səbəb olub.

Qeyd olunur ki, insident Şanlıurfadan olan sabiq millət vəkili Zülfüqar İzolun qardaşları və əmisi uşaqları arasında baş verib.

Hadisə zamanı dörd nəfər ölüb, doqquz nəfər güllə yarası ilə xəstəxanalara çatdırılıb.

Məlumata əsasən, yaralıları aparan maşın qarşıdan gələn avtomobillə toqquşub. Hadisə nəticəsində digər avtomobildə olan iki nəfər də dünyasını dəyişib.