​Sabiq deputatın evindən 10 min manatlıq qızıl oğurlanıb

Baxış sayı:
5191

Muxalifet.az bildirir ki, Yasamal rayonunda prezidentliyə namizəd olan professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Məlumata görə, F.İbrahimbəyov küçəsi 12-də yaşayan Qulamhüseyn Surxay oğlu Əlibəyli oğurluqla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.
Q.Əlibəylinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.
Xatırladaq ki, Q.Əlibəyli Azərbaycanda keçirilən seçkilərdə prezidentliyə namizəd, 1995-2005-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin professorudu./olke.az/