Sabiq azərbaycanlı mer həbsdə qaldı - GÜRCÜSTANDA

Baxış sayı:
5002

Gürcüstanın Rustavi şəhər məhkəməsində Marneuli rayonunun azərbaycanlı sabiq rəhbəri Temur Abazovun işi üzrə məhkəmə iclası keçirilib.

Muxalifet.az “report”a istinadən xəbər verir ki, saat 13:00-da başlayan məhkəmə iclasına bir az əvvəl yekun vurulub.

Məhkəmə prosesi zamanı T.Abazova qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb. İttihamlara şəxsi həyatı əks etdirən materialın əldə olunması, internet və sosial şəbəkələrdə yayılması da əlavə olunub.

Məhkəmədə çıxış edən T.Abazov ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız adlandırıb. O, cinayətkar olmadığını qeyd edərək, həmişə qanunlara tabe olduğunu söyləyib.

Müdafiə tərəfi istintaqın başa çatdığını bildirərək, T.Abazovun azadlığa buraxılmasını tələb edib.

Məhkəmə isə T.Abazovun həbsdə saxlanılması barədə qərar qəbul edib.

İş üzrə növbəti məhkəmə iclası sentyabrın 20-nə təyin olunub.

Xatırladaq ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.