Sabiq AK Partiyalı nazirdən Abdulla Gül və Babacana partiya tövsiyəsi

Baxış sayı:
175

CHP-nin Konya millət vəkili Əbdüllətif Şənər yeni partiya iddialarını şərh edib. Şənər yeni partiya quracaq olan Əli Babacan, Abdullah Gül və Əhməd Davutoğluna çağırış edib.
 
Şənər “Ən faydalı şeyi söyləməli olsaq, orada burada gəzməsinlər, birlikdə gəlsinlər Səadət Partiyasına. Səadət Partiyası hazır bir partiyadır. Burada doğruca siyasətlə məşğul olsunlar. Amma yox, biz ayrı bir cığırda, ayrı bir partiya quracağıq deyirlərsə, qurmaları faydalıdır həqiqətən” deyib.
Qeyd edək ki, Şənər də AK Partiyanın funksionerlərindən biridir və Ərdoğanın baş nazirliyi dönəmində nazir vəzifəsində çalışıb. Sonradan vəzifədən çıxarılandan sonra AK Partiyanı tərk edərk yeni bir partiya qurdu, ancaq uğurlu ola bilmədiyi üçün CHP-yə qoşuldu və özü ilə bərabər, partiyası da əridi. İndi isə özünə umac ova bilməyən Şənər, başqalarına əriştə kəsir.
Müxalifət.az