Sabiq ABŞ prezidenti Buşun dəfn mərasimində gərginlik

Baxış sayı:
5611

Həyata 94 yaşında vida edən ABŞ-ın 41-ci prezidenti Corc H W. Buş üçün paytaxt Vaşinqtonda "dövlət dəfn mərasimi" keçirilib.
 
Texasda 30 noyabrda həyatını itirən Buşun cənazəsi bazar ertəsi günü Vaşinqtona gətirilib. Dünən Konqresdə keçirilən mərasimlərdən sonra Buşun cənazəsi səhər saatlarında Konqresdən mərasimlə qaldırılıb.
Ağ Evin qarşısından keçən mərasim dəstəsi "Ata Buş" kimi də tanınan keçmiş ABŞ prezidentinin cənazəsi "dövlət cənazə mərasimi üçün" Vaşinqtondakı Milli Kilsəyə gətirilib.
Mərasimdə keçmiş ABŞ prezidentləri Cimmi Karter, Bill Klinton, Barak Obama xanımları ilə iştirak edib. ABŞ prezidenti Donald Tramp və xanımı Melania Trampla yanaşı, çoxsaylı xarici lider də mərasimdə iştirak edib.
ABŞ prezidenti Donald Tramp və xanımı Melania Tramp dəfn mərasimindəki yerlərini alarkən, Klinton ailəsi ilə görüşməməsi diqqət çəkib. Qeyd edək ki, keçmiş ABŞ başçılarından Bill Klintonun xanımı Hillari Klinton prezident seçkilərində Trampın rəqibiydi.
Tramp cütlüyü Klinton ailəsindən fərqli olaraq əvvəlki prezident Barak Obama və xanımı Mişel Obama ilə görüşüb.
Müxalifət.az