​Sabahdan seçki bülletenlərinin ÇAPINA BAŞLANILACAQ

Baxış sayı:
2818

Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılacaq.
Ümumilikdə 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.
Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır. (trend)
Sabah - martın 24-dən Azərbaycanda Prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlanılacaq.
Bülletenlər Milli Məclisin mətbəəsində çap ediləcək.
MSK səsvermə gününə azı 5 gün qalmış, yəni aprelin 6-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir. Səsvermə gününə azı 3 gün qalmış, yəni aprelin 8-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına paylamalıdırlar.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.