Sabaha Milli Məclisin iclası çağırıldı – Yeni Baş nazir təsdiqlənəcək
20-04-2018 16:12
Baxış sayı:
4129
Milli Məclisin sabah plenar iclası keçiriləcək.
İclasda yeni baş nazirin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib.
Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.