​Sabah Sumqayıtın bəzi hissələrində işıq olmaycaq

Baxış sayı:
7420

Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.
Bu barədə "Azərişıq" ASC-dən bildirilib. 
Qeyd olunub ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 
ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.