Sabah son 20 ilin ən güclü maqnit qasırğası olacaq - SƏHHƏTİNİZİ QORUYUN!

Bu gün - sentyabrın 14-dən 15-nə keçən gecə daha bir güclü maqnit qasırğası baş verib. Bu, son 20 ildə baş verən ən güclü enerji partlayışı olub.
Sentyabrın 16-da fırtına 1-ci dərəcəli təhlükəli həddə çatacaq.
Alimlərin hesablamalarına görə,  Yer kürəsinə elektronlardan bir milyon il üçün elektrik istehlakı ilə müqayisə edilə bilən, təxminən 10 milyard ton plazma çökəcək.
Mütəxəssislər hesab edir ki, ayın 13-dən 16-dək insanların əhval-ruhiyyəsi pisləşəcək. Baş ağrıları, ürək bulanma, qusma, orqanizm tonusunun enməsi, halsızlıq, apariya yaranacaq.
Eləcə də, Yür üzünə gələn Günəş küləkləri ürək-damar xəstələrinə və insanların psixi durumuna təsir göstərəcək.
Onların fikrincə, belə böyük maqnit sıçramaları infakt və insultu tətikləyə bilər.
Bununçün də insanlar səhhətlərinə daha diqqətli yanaşmalıdırlar.
Bununçün ilk növbədə zərərli vərdişlərdən uzaq durulmalıdır.
Sağlam həyat tərzi və günü düzgün qurmaq sizi bu təhlükələrdən qoruya bilər. Bu günlərdə tam yuxu, yüngül əmək, yüksək vitaminlər olan dietaya riayət olduqca vacibdir.
Çox yağlı, duzlu və acılı yeməklərdən uzaq durun. Bol su və təbii şirələr için.
Manqit sıçrayışları ovqatınızı tez-tez mənfiyə kökləyəcək. Bunu üçün özünüzü ələ almağa, aqressiv insanlardan uzaq olmağa çalışmalısız.