Sabah səhər Bakı-Sumqayıt qatarı işləməyəcək

Baxış sayı:
2869

Sabah Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Bakıdan saat 08:00-da yola düşən 6001, saat 08:30-da yola düşən 6003 və saat 08:55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08:50-də yola düşən 6010, saat 09:17-də yola düşən 6012 və saat 09:50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reys üzrə ləğv olunacaq. 
Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaq.