Sabah Paşinyan Əliyevlə görüşəcək - ALMANİYADA QARABAĞ MÜZAKİRƏLƏRİ

Baxış sayı:
535

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti Ilham Əliyev  ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müzakirə keçiriləcək.

Konfrans təşkilatçıları bildiriblər ki, Əliyev və Paşinyani Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

Həmin mənbəyə görə, debat yerli vaxtla saat 17: 30-dan 18: 15-dək keçiriləcək.

Müzakirənin moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Celeste Wallander olacaq.