"Sabah" Macarıstan klubunu qol vurmağa peşman etdi

Baxış sayı:
7861

Yanvarın 19-da Bakının “Sabah” futbol klubu Antalyada növbəti yoxlama oyununu keçirib.
Muxalifet.az xəbər verir ki, Macarıstanın MTK komandası ilə qarşılaşan “Sabah” 3:1 hesabı ilə qalib gəlib.
Bakı təmsilçisinin heyətində Vadim Abdullayev, Marko Deviç və Cavid İmamverdiyev fərqləniblər.
Daha əvvəl Türkiyənin “Eskişehirspor” komandasına 1:0 hesabı ilə qalib gələn Elşad Əhmədovun yetirmələri Qazaxıstan “Tobol”u ilə heç-heçə ediblər – 2:2.