SABAH ERMƏNİ MÜĞƏNNİ BAKIYA GƏLƏCƏK? – “Bu boyda sayqısızlıq olmaz”

Baxış sayı:
3610

Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir.

“Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Festivalda Rusiya və Azərbaycandan olan müğənnilər, eləcə də bəzi digər ölkələrin ifaçıları iştirak edəcəklər.

Maraqlıdır, bu müzakirlərdən sonra Zaranın Bakıya gəlişi reallaşacaqmı?

Muxalifet.az xəbər verir ki, modern.az-ın əməkdaşı bu gün “Jara”nın rəsmi internet saytını nəzərdən keçirərkən festivala qatılacaq müğənnilərin ad-soyadları ilə maraqlanıb. Siyahıda Zara Mqoyanın adını görməyən əməkdaş “Sea Breeze Resort” istirahət mərkəzi ilə əlaqə saxlayıb.
İstirahət mərkəzindən bildirilib ki, festivalda iştirak edəcək müğənnilərin siyahısı “Jara 2018”in rəsmi saytında yerləşdirilib: “Qeyd etdiyiniz şəxsin adı siyahıda yoxdursa, deməli festivalda iştirak etməyəcək”,- deyə “Sea Breeze Resort”un adının açıqlamayan əməkdaşı qeyd edib.

Beləliklə, hazırda “Jara 2018”in saytında dərc edilən 81 nəfərlik iştirakçı siyahısında Zara Mqoyanın adı yoxdur.

“Jara-2018” musiqi festivalının təşkilatçıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Qeyd edək ki, Rusiyanın əməkdar artisti olan Zara Paşa qızı Mgoyan 1983-cü ildə Sankt-Peterburqda anadan olub. Əsl adı Zərifə olan Zaranın bir tərəfi yezidi kürdü, bir tərəfi isə ermənidir. Onun ailəsi Ermənistanın Gümrü bölgəsindəndir.  Zara Mgoyan “Mənim Ermənistanım” mahnısı ilə də tanınır.

1ja

Onu da qeyd edək ki,  erməni müğənni Zaranın Bakıya gəlməsininə yalnız Xalq artistii Flora xanım Kərimova  sərt tənqid etmişd: “Torpaqlarımız işğal altındadır, amma erməni müğənnini Bakıya dəvət edirlər. Mən həyatımdan küsmüşəm, axı bu boyda sayqısızlıq olmaz. “Maya armeniya” deyən bir müğənnini Bakıya gətirirlər və mən bilmirəm bu boyda şapalağı biz necə yeyirik? Belə bir müğənni gəlib burda meydan sulayır. Mənə çox əziyyətdir. Adamlığımdan çıxmışam, oğul, artıq heç nəyə inamım qalmayıb.(Ağlayır) Bu boyda şəhidlərimiz var biz onların qarşısında məsuliyyət daşımalıyıq, torpaqlarımızı itirə-itirə gedirik və erməni müğənniyə qucaq açırıq. Mənə elə gəlir ki, Allah bizdən üz döndərib”.

Nə qədər qəribə də olsa digər sənətçilərin, xalq artistlərinin, ziyalıların,  başqa vaxtı “millət, dövlət” deyib sinəsini qabağa verən media rəhbərlərinin hər hansı etirazlarına rast gəlinmədi. Çoxları susmağa üstünlük verdi. Bir soruşan olmadı  ki, rayonlarımızın bir-birinin ardınca işğal olunduğu günlərin ildönümü ərəfəsində belə bir festivalın keçirilməsində, üstəlik ora ermən müğənnilərin dəvət olunmasında məqsəd nədir. Ayıb deyilmi? Bunun Şəhid olmuş minlərlə Vətən övladının ruhuna hörmətsizlik olduğunu düşünmürlərmi?  Mədəniyyət Nazirliyi hara baxır?

Mənim Ermənistanım” mahnısı ilə də tanınan, qatı millətçi olan bir ermənin Bakıya dəvət edənlərin Azərbaycamda festival keçirməsinə niyə icazə verilir? Ümumiyyətlə, rayonlarımızın işğal olunduğu günlərə təsadüf edən bu festival kimə, nəyə lazımdır?(azpolitika.info)