Sabah bütün azərbaycanlılar Təbrizə yığışır - Gözlər 21:30-a DİKİLDİ

Baxış sayı:
13273

Təbrizin şanlı “Traxtur” futbol komandası İran Super liqasının 29-cu həftəsinə hazırlaşır. Təbrizlilər doğma meydanda “Pars Cənubi Cəm” komandasını qəbul edəcək. Görüş 11 may, yerli vaxtla saat 21:30-da Təbrizin “Səhənd” stadionunda baş tutacaq. Qeyd edək ki, İran İdman Nazirliyi və Futbol Federasiyası “Traxtur”un çempion olmaması üçün müxtəlif qanunsuzluqlara əl atıb. Bunun nəticəsində “Traxtur” son oyunlarda xal itirib və çempionluq şansından məhrum olub. Bu səbəbdən turnirin son görüşlərində çox sayda azərbaycanlı komandaya xüsusi dəstək göstərir. “Traxtur”-“Pars Cənubi Cəm” görüşünü canlı olaraq GünAz TV-dən izləyə bilərsiniz./Publika.az