Sabah bu ərazilərdə işıq olmayacaq

Baxış sayı:
9862

Sabah saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən Muxalifet.az-a verilən məlumata görə, fasilə Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada təmir işləri ilə əlaqədardır.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.