​Sabah bu ərazidə işıq olmayacaq - XƏBƏRDARLIQ

Baxış sayı:
5329

Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq sabah saat 10.30-dan 14.00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
 
Muxalifet.az bildirir ki, bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC İstehlakçılardan üzr istəyir.