Sabah bu rayonlarda qaz olmayacaq

Baxış sayı:
15706

Sabah səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq