​Sabah Bakının bu hissələrində qaz olmayacaq

Baxış sayı:
3433

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Muxalifet.az xəbər verir ki, Azəriqaz” İB-dən verilən məlumata görə, Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315,159 və 108mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, aprelin 26-da saat 10:00-dan təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.