​Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

Baxış sayı:
7486

Aprelin 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nzirliyinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bildirir ki, gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.