Sabah Bakıda leysan olacaq: XƏBƏRDARLIQ

Baxış sayı:
1660

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı,şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20°, gündüz 22-25° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a daxil olan məlumata görə, atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90% olacaq.
ETSN xəbərdarlıq edir ki, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var. Havanın temperaturu 2-4° aşağı enəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.