Sabah Bakıda Beynəlxalq Müdafiə sərgisi açılır

Baxış sayı:
6079

Bakıda 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (ADEX-2014) sərgisi" keçirilir
 
Sentyabrın 25-də Bakıda 3-cü “ADEX-2018” - Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılacaq. Sərgi sentybarın 27-dək davam edəcək.
Sərgidə dünyanın 29 ölkəsindən 224 şirkət təmsil olunur. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcək sərgidə Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr hərbi məhsullarını nümayiş etdirəcək.
“ADEX 2018” sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki komplekslər, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorlar təqdim olunacaq.
Bu il sərgidə digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunacaq və bu sektorda “MİQ”, “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç”, “Rusiya Vertolyotları” və “Aeronautics Group” kimi korporasiya və şirkətlər iştirak edəcək.
Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir.
“Sərgi müasir silah, texnika və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün əla imkan yaradır”, o qeyd edib.