​Saatlıda yol qəzası olub, yaralananlar var

Baxış sayı:
7726

Saatlı rayonunda  2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb. 
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Əlisoltanlı kənd sakinləri, 1940-cı il təvəllüdlü İsmayılov İldırım Xanlar oğlu və 1965-ci iltəvəllüdlü İsmayılov Qubad İdris oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.