SAATLIDA ŞOK DƏLƏDUZLUQ FAKTI - Yüzlərlə sakinin hər birindən 3 min manat topladı və... / VİDEO

Baxış sayı:
3508

"Hamımızı aldadıb. Hər kəs də Manafa inanırdı. Özünü nazirin qohumu kimi təqdim edib, biz də inanmışıq".
Demokrat.az xəbər verir ki, bu sözləri Amil Xəlilin «Olar? Olmaz!» verilişində danışan zərərçəkənlərdən biri deyib. Belə ki, Space Tv-də danışan insanlar Saatlı rayon sakinləridir. Manaf adlı şəxs onlara vədlər verərək «işləmirsinizsə, sizə dövlət tərəfindən hər ay ödəniş olunacaq» kimi ifadələr səsləndirib. Amma bu iş üçün Saatlı sakinlərindən bir nəfərdənə ən azı 3 min manat pul alıb. Manaf 2 ay müddətində 300-dən çox insana «yardım» edəcəyini bilidirib və onların adına müxtəlif banklara məxsus ATM kartı açdırıb. 
Şamonun sözlərinə görə, kartlar onlara təqdim ediləndə seviniblər. «2 ay müddətində kartlarımıza 180-200 manat yüklənirdi. Üçüncü aydan sonra karta pul oturmadı. Bəlli oldu ki, Manaf ona verdiyimiz öz pulumuzun 5-10%-ni bizə onlayn ödəmə terminalı ilə kartımıza yükləyib və bizi inandırıb. Hətta birinci ay onlarla insan öz qohumlarını da Manafla tanış edib və onları da bilmədən bu oyunun qurbanına çeviriblər», - deyə Şamo bildirib.
Ən qəribə hal isə, zərərçəkənlərdən biri olan Şamo Manafın qayını imiş. «Manaf haradadır?» sualına o, «bilmirəm» deyərək cavab verib. Şamonun sözlərinə görə, Saatlıda Manafın oyununun qurbanı olan 300-dən çox insan var. Qeyd edək ki, respublikada bu vaxta qədər bu cür dələduzluq halı eşidilməyib.