Saatlıda ana və 1 yaşlı oğlu QƏZADA ÖLDÜ - YENİLƏNİB

Baxış sayı:
373

Ötən gecə Saatlı rayonunun Bəylik kəndində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar dəqiqləşib.

Publika.az xəbər verir ki, “Opel Vectra” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində vəfat edən şəxslərin sürücü, 5 fevral 1984-cü il təvəllüdlü Qəmbərov Şamo Səlamət oğlunun həyat yoldaşı ilə 1 yaşlı oğlu Raudun olduğu müəyyənləşib. Məlumata görə, sürücü Ş.Qənbərov VİB LTD şirkətində çalışır. O, ailəsi ilə rayona gedəndə dəhşətli qəza baş verib.

***

Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Bunlar 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlu və 1 yaşlı oğlu Rauf Qəmbərovdur.

Hadisə Ş.Qəmbərovun idarə etdiyi “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.

***

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hazırda ölənlərin kimliyi və hadisənin təfərrüatları aydınlaşdırılır.

Faktla bağlı ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. (report)