​Saatlıda 58 yaşlı kişi özünü asdı

Saatlıda intihar hadisəsi baş verib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün rayonun Musalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 58 yaşlı Arif Sarı oğlu Əliyev yaşadığı evin həyətindəki tikilidə özünü asıb. İntiharın səbəbi hələlik məlum deyil.
Onun cəsədi qohumları tərəfindən aşkarlanıb.
 
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.