​Saatlıda 14 yaşlı şagird döyülərək öldürülüb? - AÇIQLAMA

Baxış sayı:
7930

Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlunun döyülüb öldürülməsi ilə bağlı yayılan xəbərlər yalandır. Məktəbli bu gün səhər saat 09:30-da məktəbin həyətindəki su daşının yanında vəfat edib.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Axar.az-a açıqlamasında Saatlı rayon Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Nəzakət Əliyeva deyib. O bildirib ki, əvvəllər şagirdin səhhətində heç bir problem olmayıb:
 “Məktəbdən bizə verilən məlumata görə, mərhum ağlına, tərbiyəsinə görə də məktəbin nümunəvi şagirdlərindən biri olub. Şagird dərsdən çıxdıqdan sonra məktəbin həyətinə düşüb. Məktəbin həyətində yerləşən su daşının yanına getdikdə ürəyi tutub. Müəllimlər təcili tibbi yardım maşını çağırıb. Lakin şagirdin həyatını xilas etmək mümkün olmayıb. Hadisə haqda Təhsil Nazirliyinə məlumat vermişik. Məsələ ilə bağlı araşdırma davam edir”.
Qeyd edək ki, mətbuatda Saatlı rayonunun Sarıcalar kənd sakini Ağayev Yahya Eldar oğlunun məktəbdə döyülərək öldürülməsi ilə bağlı məlumat yaymışdı.