​Saatlar qaldı: ABŞ İrana qarşı mühüm sənəd yayacaq

Baxış sayı:
3541

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli bu gün İranın Yaxın Şərq və ətrafındakı bölgələrdə qeyri-stabillik yaradan fəaliyyəti haqqında hesabat təqdim edəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi yayıb. Heyli İran haqqında hesabatını Bakı vaxtı ilə 20:30-da təqdim edəcək.
Qeyd edək ki, bundan öncə NBC telekanalı ABŞ hökumətinin İranın Yəməndəki husiləri raketlərlə təchiz etdiyi haqqında məlumatlar yayacağını bildirmişdi.