Saakaşviliyə qarşı istintaq araşdırması yeniləndi

Baxış sayı:
3832

Ukraynanın Təhlükəsizlik Xidməti Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib.
Muxalifet.az Azərtac-a istinadla xəbər verir ki, Saakaşvilinin vəkili Ruslan Çernolutski işin Baş Prokurorluqdan alınaraq UTX-nin əsas istintaq şöbəsinə verildiyini bildirib.
Qeyd edək ki, Ukraynanın Dövlət Sərhəd Xidməti Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ölkə ərazisinə girişinə 2021-ci ilədək qadağa qoyub.
Xatırladaq ki, Saakaşvili 2018-ci ilin fevralın 12-də Ukrayna ərazisindən çıxarılaraq Polşaya aparılıb. Onun barəsində cinayət işi açılıb.