​Saakaşviliyə kələk gəldilər – GÖRÜNMƏMİŞ FIRILDAQ

Ukrayna Ədliyyə Nazirliyi Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin partiyasını qeydiyyata almayıb.
Bu barədə “Mixail Saakaşvilinin yeni güclərinin hərəkatı” partiyasının qurultayında onun tərəfdaşı Olqa Qalabala deyib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Saakaşviliyə heç bir aidiyyəti olmayan “Mixal Saakaşvili bloku”nu qeydə alıb.
M.Saakaşvili də bildirib ki, onun adından istifadə edən şəx Darta Vetderadır: “Bu şəxs Ukraynada prezident seçkilərində iştirak etmək üçün adını dəyişdirib. Hakimiyyət mənim adımın altında bir neçə “əlaltı partiyanı” birləşdirməyi düşünür”. /publika.az/