​Saakaşviliyə 3 illik QADAĞA QOYULDU – Ukraynaya girə bilməyəcək

Baxış sayı:
2473

Ukraynanın Sərhəd Xidməti  2021-ci il, fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru  Mixeil Saakaşvilinin ölkəyə girişini qadağan edib.
Bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.
Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.
M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək  şikayət veriləcəyini bildirib/APA.